Musiqi

Anam Azərbaycan

Dədən Qorqud bu yerlərə ad verib
“Anam, yurdum, qalamızsan sən” deyib
Babalarım min illərlə bu yerdə
İgid əkib, tarix biçib bu yerdə
Qədim Gəncə min illərdir
İgidlərə yol göstərir
“Torpağına kəm baxanın gözlərini ov” deyir


Ruhumuzun ruhanisi 
Ruhumuzun ruhanisi
Babəkimin qalasından nərə çəkib
“Ey anam, can Azərbaycan” deyir


Dünəninlə, bu gününlə
Sabahınlə öyün, vətən
Qarabağın, Naxçıvanın 
And yerimiz anam vətən
Lənkəran, Zaqatala, Qəbələnlə öyün, vətən
Canım Bakı, anam Təbriz
Böyük millət, böyük vətən
Qeyrətimsən, şöhrətimsən
Min illərlə qalasısan, ey anam Azərbaycan


Alp igidlər ərənlərin qüdrəti
Qobustanin, həm Şuşanın şöhrəti
Kür qırağı gözəlləri qəmzəsi
Xan Arazın sevdası var bu yerdə
Tar- kamanın, həm muğamın sazın, sözün
Qalasısan şəhidlərin qanı ilə
Müqəddəssən, qədim vətən

 


Ruhumuzun ruhanisi 
Ruhumuzun ruhanisi
Babəkimin qalasından nərə çəkib
“Ey anam, can Azərbaycan” deyir

 


Dünəninlə, bu gününlə
Sabahınla öyün, vətən
Mil Muğan, həm Şirvan
Sərvətində öyün, vətən
Zəngəzurun, İrəvanın
Dönəcəyik qorxma, vətən
Borçalım, gözəl Göyçəm
Səninləyik, anam vətən

 

Namusumsan, and yerimsən
Min illərlə qalasısan 
Ey anam Azərbaycan

 

Dünəninlə, bu gününlə
Sabahınla öyün, vətən
Mavi Xəzər, Göygölüm
Sərvətində öyün,  vətən
Tovuz, Qazax, Şamaxı
Sabahınla öyün, vətən
Qədim Şəki, gözəl Quba
Böyük millət, böyük vətən

 

Qeyrətimsən, şöhrətimsən
Min illərlə qalasısan, ey anam Azərbaycan
Namusumsan, and yerimsən
Min illərlə qalasısan 
Ey anam Azərbaycan


Min illərlə qalasısan 
Ey anam Azərbaycan
Ey anam Azərbaycan
Ey anam Azərbaycan