Şeirlər

Aləmzər Əlizadə. Deyəcəm

Ay telefon, nə oldu,

Yenə susmusan bu gün?

Darıxıram atamçün,

Darıxıram anamçün.

Özün məni səslədin,

O gün gecə danışdım.

Mən atamla, anamla

Gördün necə danışdım...

Susma, səslən, telefon,

Sən kimi gözləyirsən?

Bəlkə sən atamgilin

Səsini gizləyirsən?

Onlar da darıxırlar

Mənimlə danışmaqçün.

Hamısını deyəcəm,

Atamgil gəlsin bu gün...