Təbiət

Prokariot orqanizmlər

Bakteriyalar Yer üzərində yaşayan orqanizmlərin ən qədimi hesab olunur. İlk bakteriyaların təqribən 3,5-4 milyard il əvvəl meydana gəldiyi güman edilir. Bakteriyalar canlıların sadə quruluşlu nümayəndələri olub uzun dövr ərzində, demək olar, dəyişilməmiş qalmışlar.

 

Bakteriyalar Yer üzərində yaşayan orqanizmlərin ən qədimi hesab olunur. İlk bakteriyaların təqribən 3,5-4 milyard il əvvəl meydana gəldiyi güman edilir. Bakteriyalar canlıların sadə quruluşlu nümayəndələri olub uzun dövr ərzində, demək olar, dəyişilməmiş qalmışlar.

 

Bəzi bakteriyalarda hüceyrə qılafının səthində hərəkətə xidmət edən bir və ya bir neçə qamçı olur. Bəzən qamçısı olmayan hərəkətsiz formalara da rast gəlinir. Bakteriya və digər prokariotlarda formalaşmış nüvə olmasa da, hüceyrənin mərkəzi hissəsində nüvənin funksiyasını yerinə yetirən irsiyyət maddəsi, həmçinin zülal sintezində iştirak edən ribosom olur.

 

Sporun yaranması. Bakteriyaların bəziləri əlverişsiz şəraitdə – qida çatmadıqda, temperatur kəskin dəyişdikdə, quru havada qalın örtüklə örtülərək spor (yun. “spora” – toxum) əmələ gətirirlər.

 

Sporlar külək vasitəsilə asan yayılır. Şərait əlverişli olduqda sporun qabığı dağılır və bakteriya hüceyrəsi yenidən fəaliyyətə başlayır.

 

Bakteriyaların formaları. Bakteriyalar formalarına görə kürəşəkilli (kokklar), spiralşəkilli (spirillər), vergülşəkilli (vibrionlar) və çöpşəkilli (basillər) olur. Bakteriyaların əksəriyyəti çox kiçik ölçüdə olduqları üçün onları mikroskopla görmək mümkündür.

 

Bilirsinizmi? Bəzi kimyəvi maddələr (məsələn, etil spirti, yod məhlulu və s.) bakteriyaların fəaliyyətini dayandıra bilir. Ona görə də dərimiz zədələnərkən bu maddələrdən istifadə olunur. Bakteriyaların kimyəvi maddələrlə məhv edilməsi dezinfeksiya adlanır.