Musiqi

Bakı haqqında mahnı

Musiqi: Vasif Adıgözəlov
Söz: Rəsul Rza


Xəzərimin sinəsi
Gah zil, gah da bəm olur.
Yarpaqların, güllərin
Niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə
Könlüm dolu qəm olur.

 

Nəqarət:


Qucağında Xəzərin Yatıb dincələn Bakı.
Qarı, çiskin, yağışı Əyri, köndələn Bakı.
Hələ neçə küçəndə Güllər dəstələnməyib.
Hələ neçə nəğmənin Xalı bəstələnməyib.

 


Yüz il ömür sürəydim,
Bir gün xəstələnməyib.
Yazaydım, yaradaydım,
Şah nəğməni mən, Bakı.
Oxuyaydım hər yanda Onu ürəkdən, Bakı.