Nağıllar, hekayələr

Dilrüba Cəfərova. Qayğıkeş valideynlər

İnsanlar kimi, heyvanlar və quşların da çoxu öz balalarını sevir, onların tərbiyəsi ilə məşğul olur. Onlar balalarını qorumaq üçün qat-qat güclü düşmənlə ölüm-dirim savaşına çıxa bilərlər.

 

Yumurtadan yenicə çıxmış cücəyə çox yaxın gəlmək məsləhət deyil. Çünki ana toyuq həmin an sizə hücum edib üz-gözünüzü dimdikləyə bilər.

 


Hər heyvan öz balasına bir cür baxır. Ata canavar ana canavarla birlikdə balalarının qayğısına qalır. Balalar körpə olanda ana onlara süd verir, ata isə ailəni yeməklə təmin edir.

 

Pələng öz balalarına uzun müddət tərbiyə verir. Üç il ərzində ov etməyin bütün sirlərini onlara öyrədir.

 

Lakin elə heyvanlar da var ki, balası ilə heç məşğul olmur. Məsələn, ququ quşu özünə əziyyət verib yumurtadan bala çıxmasını gözləmir. O, başqa quşların yuvasında yumurtlayır və yumurtadan çıxan balanı həmin yuvanın sahibi yedizdirir.