Nağıllar, hekayələr

Lev Tolstoy. Çaqqallar və fil

Çaqqallar meşədə olan bütün leşləri yeyirlər və yeməyə daha heç nə qalmır. Belə olduqda, qoca çaqqal necə qidalanacaqlarını düşünməyə başlayır. Filin yanına gedir və deyir:


- Bizim bir şahımız var idi, amma çox ərköyün idi: bizə həyata keçirilməsi mümkün olmayan işlər tapşırırdı. Buna görə də biz özümüzə başqa bir şah seçmək istəyirik. Bu səbəbdən də məni sizin yanınıza göndəriblər. Bizim yaxşı həyatımız var, nə əmr etsəniz onu yerinə yetirəcəyik və hər şeydə sizə hörmət göstərəcəyik. Gəl gedək bizim padşahlığımıza.

 

 

Fil razılaşır və çaqqalın ardınca gedir. Çaqqal onu bataqlığa gətirdi. Fil orada ilişib qalanda çaqqal dedi:


- İndi nə əmr etsən, onu da edəcəyik.


Fil dedi:


- Məni buradan çıxarmağınızı əmr edirəm.


Çaqqal güldü və dedi:


- Xortumunla quyruğumdan tut, mən səni çəkib çıxardacağam.


Fil deyir:


- Məni quyruğunla necə çıxara bilərsən?


Çaqqal deyir:


- Bəs nəyə görə edilməsi mümkün olmayan əmrlər verirsən? Biz ilk şahımızı da məhz buna görə qovduq.


Fil bataqlıqda boğulub ölür və çaqqallar gəlib yeyirlər.