Nağıllar, hekayələr

Donald Bisset. İnəklər və Külək

Bir gün çəmənlikdə, kölgəli bir ağacın altında inəklər dincəlirdilər. Onlar ot və yonca çeynəyirdilər, yanlarında isə sakit, isti və xoş Cənub Küləyi əsirdi.


- Nə yaxşı mülayim küləkdir! - inəklər yaşıl otu çeynəyərək aralarında küləyi övdülər - Ona bir şey verməliyik. Ancaq nə?


- Mən bilirəm! - narıncı inək dedi. - Pis, soyuq Şimal Küləyindən qorunmaq üçün, ona isti xəzli palto alaq.


- Xeyr, xeyr, bu gərəksizdir! - digər inəklər dedilər.


"Deyim nə etməliyik!" - qara ləkəli ağ inək dedi. - Kilsəmizin damında dayanan və küləyin hara əsdiyini göstərən Xoruzdan xahiş etməliyik ki, Şimal Külək əsən kimi əks istiqamətə dönsün:  Şimal Külək çaşacaq, əks istiqamətə dönəcək və yenidən Şimal qütbünə uçacaq. Beləliklə sevdiyimiz Cənub Küləyi daim bizimlə qalacaq.


- Mükəmməl fikirdir! - bütün inəklər qəbul etdilər. 


İnəklər hamısı birlikdə xoruza yaxınlaşıb dedilər:


- Hörmətli Xoruz, səndən çox xahiş edirik, Şimal Küləyin gəldiyini eşidəndə zəhmət olmasa şimala deyil, cənuba dön ki, bu hirsli külək çaşıb geri qayıtsın.


 "Tamam, çalışaram" xoruz dedi. 


O axşam inəklər çəmənlikdə gəzərkən Cənub Küləyi qəflətən susdu və şimaldan tarlaların arasından soyuq gəlməyə başladı. 


Bu, hamını dondurmağa qərar verən Şimal Küləyi idi. O, buzlaqların üstündən, uzaq Şimal qütbündən, buzlu dənizlərin arasından uçub gələn, həqiqətən çox soyuq küləkdir.

 

- Uu-uu-uu-uu!- Şimal küləyi kükrədi. - Hamınızı donduraca-aa-aa-m!

 

Ancaq Xoruz yatmırdı. Külək çırpılıb ağacları yelləndirərkən, xoruz yavaş-yavaş, yavaş-yavaş dönməyə başladı.

 

Bunu etmək o qədər də asan deyildi, çünki Şimal Küləyi çox güclü əsirdi.

 

Nəhayət,  Xoruz arxasını şimala döndərməyi bacardı.

 

Şimal küləyi "qanadlı kompasın" cənuba tərəf yönəldiyini görən kimi səsləndi:

 

- Lənət olsun! Axı mən Cənub Küləyi deyiləm, Şimal Küləyiyəm! Yolumu itirmiş olmalıyam!

 

Əks istiqamətdə üfürdü və dərhal özünü Şimal qütbündə tapdı.

 

Möcüzə! - o dedi - İndi nə edim!? Geri yoxsa irəli? Bəlkə daha yaxşı yatım... - və Şimal Küləyi yatağa getdi.

 

Bu vaxt inəklər evlərinə döndülər və daha çox yonca və ot yedilər.

 

Tarlalarda və çəmənliklərdə isə mülayim Cənub Küləyi yenidən əsməyə başladı.