Nağıllar, hekayələr

Konstantin Uşinski. Söhbət

Dovşan meşədə gəzirdi. Kolun dibindən bir xışıltı eşitdi. Tez qulaqlarını şəklədi. Demə bu kirpi imiş. Dovşan kirpinin yanına gəldi.

 

- A kirpi qardaş, xoş gördük.

 

O, kirpinin tikanlarına toxunan kimi geri çəkildi.

 

- Oy, sənə heç kim yaxın düşə bilməz. Nə pis paltarın var.

 

- Doğru deyirsən, dovşan qardaş. Məni canavarın, tülkünün, çaqqalın iti dişlərindən qoruyan budur. Bu tikanlar olmasa, məni didərlər. Dovşan qardaş, bəs sən bu yumşaq dərinlə necə qoruna bilirsən?

 

- Məni dərim yox, bu qıçlarım qoruyur. Sürətlə qaçmasam məni heç sağ qoyarlar? Nazik qıçlarım sağ olsun.