Şeirlər

Mina Rəşid. Dişlər gəlib evinə

Dünən dişi laxladı
Yerə düşdü Gülgəzin.
Ağzında diş qalmadı
Nə gülməlidi qızım.


Daha kökü, almanı
O dişləyə bilmədi.
Utandı, əvvəlkitək
Çox danışıb-gülmədi.


Bir gün güzgüyə baxdı
O, sevinə-sevinə.
Dedi, ana, buna bax,
Dişlər gəlib evinə.