Nağıllar, hekayələr

Rus nağılı. Polkan və ayı

Yaşlı köpək Polkan ömrü boyu zəngin sahibinə xidmət etmişdi. O, həyəti qoruyur, sahibinin uşaqları ilə birlikdə küçə boyu qaçırdı. Bəzən uşaqlar Polkanın quyruğundan dartırdılar, Polkan isə ağrı hiss etsə belə müqavimət göstərmirdi, çünki balaca uşaqların qəsdən etmədiklərini yaxşı bilirdi.


Polkan qocalana qədər xidmət etdi. Vaxt gəldi Polkan pis eşitməyə başladı, dişləri isə artıq aşınmışdı. Sahibi Polkana qışqırmağa başladı, ona yemək üçün yalnız bir parça çörək verdi və, nəhayət, onu həyətdən tamamilə qovdu.


Polkan, gözlərinin baxdığı, ayaqlarının yeridiyi tərəfə yürüdü. Gəlib meşəyə çatdı. "Birtəhər heyvanlarla birlikdə meşədə yaşayaram" -deyə öz-özünə düşündü.


Polkan birtəhər qaranlıq meşədə, sıx kolluqların aralarında gəzdi, bu zaman ayı Mixaylo İvanoviç oradan keçirdi. Ayı köpəyin ətrini hiss etdi və ətrafa baxdı. Ağacın altında ac köpək Polkanı gordü.


- Necəsən dostum Polkan, nə yaxşı qaranlıq meşəmizə təşrif buyurubsan?


- Ah, Mixaylo İvanoviç, - Polkan cavab verdi, - Heç düşünmədən gəlib bura çıxmışam, ehtiyac məni bura gətirib çıxarıb. Qəddar sahibim məni həyətdən qovub.


- Kədərlənmə, dostum Polkan, - ayı dedi. Mən sənə nə edəcəyini öyrədəcəm! Mənə ağanın arvadının uşaqları ilə birlikdə tarlada işlədiyi məkanı və zamanı de!

Polkan, ayıya qadınların gün ərzində işlədiyi yeri ayıya izah etdi.


- Yaxşı qulaq as! - ayı dedi. O sahəyə girəcəm, gizlicə qadınlara yaxınlaşacam, sənin sahibinin övladını beşikdən alıb meşəyə aparacam. Sən də məni qovalayacaqsan. Uşağı məndən xilas edib, ağanın arvadına aparacaqsan. Bundan sonra nə olacağını özün görəcəksən.

 

Ayının dediyi kimi, belə də oldu. Ayı biçinçilərə tərəf süründü, uşağı beşikdən alıb, sürətlə meşəyə tərəf qaçdı! Qadınlar ayını görüb, oraqlarını yerə atıb qışqırmağa başladılar:


- Oh, yox! Ola bilməz! Ayı körpəni götürdü!


Ayı gözdən itdi, lakin gözlənilməyən yerdən yaşlı Polkan peyda oldu. Polkan ayının arxasıyca meşəyə qaçdı. Uşağı ayıdan alıb, sakitcə gətirib sahibinin arvadının qabağına qoydu.


“Baxın, baxın, qadınlar!” - ağanın arvadı bağıraraq dedi. Bu bizim yaşlı Polkandır, körpəni ayıdan xilas etdi! ..

 

Qadınlar Polkanı sığallamağa başladılar, ona yemək belə verdilər. 

 

Polkanı sahibinin həyətinə gətirib dedilər:

 

- Polkanı həyətdən qovdun, o isə sənin körpəni xilas etdi- ayının pəncəsindən aldı. Polkan qorunmalı və bəslənməlidir!

 

Sahibi sevindi. Polkana ət və süd verdi.

 

Polkan yenidən sahibinin həyətində yaşamağa başladı və meşədəki dostu-ayını tez-tez xatırlayırdı: “Mixaylo İvanoviç! Güclü dostluğumuzu heç vaxt unutmayacam! "