Musiqi

Tapın görək

Musiqi: Oqtay Zülfüqarov
Sözlər: Teymur Elçin

 

Bir qutum var mənim,
Hər gün, hər səhər.
Hər quranda onu,
Çalar, dillənər.

 

Nəqərat:


Tapın görək nədir,
Nədir bu, uşaqlar?
Tapdınız?


 

Pambıq kimi göydən,
Düşər qupquru.
Gün dəyəndə ona,
Olar dupduru.

 

Nəqərat:


Tapın görək nədir,
Nədir bu, uşaqlar?
Tapdınız?
 

 

Bir quşum var,
Səsi düşüb dünyaya.
Aparacaq məni,
Bir gün o, Aya.

 

Nəqərat:


Tapın görək nədir,
Nədir bu, uşaqlar?
Tapdınız?