Musiqi

Vətənim

Musiqi: Süleyman Ələsgərov
Sözlər: Hikmət Ziya
 

Nə şirindir Vətənim,
Səfasından doymuram.
Günəşindən, suyundan,
Havasından doymuram.


 

 

 

Nəqərat:

 

Daha qəşəng ol, çiçəklən,
Bizim əziz, gözəl Vətən.


 

Əziz vətən, qulaq as,
Gör nə deyir ürəyim.
Boy atım, yaşa dolum,
Mən də səni bəzəyim.


Nəqərat:

 

Daha qəşəng ol, çiçəklən,
Bizim əziz, gözəl Vətən.