Nağıllar, hekayələr

Qırğız xalq nağılı. Tülkü və qarışqa

Tərcüməçi: Gülnar Nəzərova
 
Tülkü ilə qarışqa dost idilər. Bir gün köməkləşib buğda səpməyə qərar verdilər. Ancaq hiyləgər tülkü qarnım ağrıyır, başım ağrıyır bəhanəsi ilə köməyə gəlmirdi. Qarışqa isə səhərdən axşama kimi tək başına işləyir, su tökür və od qalayırdı. Nəhayət, bir gün buğda yetişdi. Tülkü xırmanın buğda ilə dolu olduğunu görəndə qarışqanı aldadıb bütün məhsulu özünə götürməyə çalışdı.
 
- Qarışqa, dostum, bu qədər çox buğdanı səpməyə nə ehtiyac var idi?  Yaxşısı budur, gəl bir oyun oynayaq. Xırmana kim birinci çatsa, bütün məhsulun sahibi o olsun.  
 
Qarışqa bir müddət düşündü və sonra razılaşdı. Yan-yana durdular.
 
- Başladıq! – deyə tülkü qışqırıb xırmana tərəf qaçdı. 
 
Ancaq qarışqa da boş dayanmadı. O, tülkünün quyruğundan yapışdı. Nəhayət, tülkü xırmana çatdı və silkənlədi. Qarışqa tülkünün quyruğundan sürüşüb aşağı düşdü, buğdanın üstünə çıxdı və danışmağa başladı.
 
- Ey tülkü, necəsən?
 
- Sən nə vaxt gəldin? - tülkü təəccüblə soruşdu. 
 
- İndi mən dincəldim, sən isə işlədin. 
 
Beləliklə, tülkü məğlub oldu və başqa bir hiylə düşünmədən çıxıb getdi. Qarışqa bütün məhsulu anbara daşıdı və qışda onu yedi. Tənbəl tülkü isə bütün qışı ac qaldı.