Şeirlər

Ələmdar Quluzadə. Alı almadan düşdü

Alı gizlənmək üçün
Çəpəri də aşmışdı.
Budağı yerə gələn
Almaya dırmaşmışdı.

 

Gözlərini açara
Axtarırdı Mehralı.
Heç tərəfdə, heç yanda
Gözə dəymirdi Alı.

 

Qazlar qaqqıldaşanda
Toyuqlar duyuq düşdü
Neçə qonşunun iti
Bir ağızdan hürüşdü.

 

Almanın yetişmişi,
Kalı da yerə düşdü.

Almalarla bərabər
Alı da yerə düşdü.