Musiqi

Ürək doymaz Bakıdan

Musiqi: Şəfiqə Axundova

Söz: İsgəndər Coşqun

 


Sularından dönə-dönə içəsən,
Yollarından səhər-axşam keçəsən.
Seyr edəsən onu gündüz, gecə sən,
Göz doysa da, doymaz ürək Bakıdan.

Nəqərat:


Dünya sənə heyran, can Vətənim, can,
Sən nə bəxtəvərsən, Azərbaycan!
Bakıtək şən, bəxtiyar,
Ömrü bahar övladın var,
Göz doysa da, doymaz ürək Bakıdan.



Bağlarında qara şanı, ağ şanı,
Qızıl qumun min bir şəfa dərmanı.
Günəş odda qovuranda aranı,
Əskik olmaz sərin külək Bakıdan.


Nəqərat:

Dünya sənə heyran, can Vətənim, can,
Sən nə bəxtəvərsən, Azərbaycan!
Bakıtək şən, bəxtiyar,
Ömrü bahar övladın var,
Göz doysa da, doymaz ürək Bakıdan.