Təbiət

Heyrətamiz Velviçiya

Heyrətamiz Velviçiya (Welwítschia mirabilis), Anqolanın Cənub-Qərbində və Namib Səhrasında, Atlantik okeanı sahili boyunca bitən uzun ömürlü relikt və endemik bitkidir. 


Uzun ömürlü sayılan bitki (ömrü 1500 il və ya daha çox ola bilər) ömrü boyu yalnız iki yarpağı olan cırtdan ağacdır. Boyu 50 sm, kökü isə 3m dərinlikdədir. Çöl ekosistemində Velviçiya bir çox heyvanı su, qida və sığınacaq ilə təmin edən mühüm bir qurucu rolunu oynayır. Bu növ Namibiya səlahiyyətliləri tərəfindən qorunur və ticarəti qadağandır. Bununla birlikdə, tədqiqatçılar hazırda Heyrətamiz Velviçiyanın temperatur şərtlərinin dəyişməsinin nəticəsi olaraq potensial risk altında olduğunu irəli sürürlər.


Canlı faydalı qazıntı sayılan bitki, okean sahilindən yüz kilometr məsafədə nadir hallarda tapılır, çünki Velviçiya üçün əsas nəm mənbəyi - dumandır. Yarpaqların səthində cəmlənmiş su damcıları, təxminən 22 min stomatlar vasitəsilə sovrulur, bu səbəbdən Velviçiyanın ömrü çox uzundur. 


Bitki ilk dəfə 1860-cı ildə adını aldığı Avstriya botaniki Fredrix Velviç tərəfindən aşkar edilmişdir. Buşmen qəbiləsi isə bitkini "böyük hökmdar" adlandırırlar. 


Bitkinin ölçüsü heyrətamizdir. Kökü 3 metrə qədər böyüyə bilər. Konus şəkilli gövdə isə çox qısadır və səthdən 25-30 santimetrdən yuxarı qalxmır. Gövdənin diametri 1 metrə qədər ola bilər. Çox hissəsi yerin altında gizlidir. Velviçiya bənzərsiz yarpaqları ilə məşhurdur. Başlanğıcda toxumdan yalnız 2 həqiqi yarpaq böyüyür. Daha sonra toxum itdikdən sonra yarpaqlar bitkinin həyatı boyu böyüməyə davam edir. Onların uzunluğu 2-4 metrə çatır. Ancaq, bitkinin yarpaqlarının uzunluğu - 1,8 metr, eni isə - 6,2 metr olan nəhəng nümunəsi də qeydə alınmışdır. Yarpaqlar sürətlə böyüyürlər - ildə 8 ilə 15 santimetr arasında. Yarpaqların ucları zamanla quruyur və külək tərəfindən kiçik zolaqlara bölünür. Bitki dünyasında Velviçiyanin yarpaqları ən davamlı və dözümlü hesab olunur.


Bitkinin dişisi və erkəyi var.  Toxumun yayılması küləyin köməyi ilə baş verir.


Dünyada bitkinin sayı azdır, buna görə də Namibiyanın Qoruma Qanunu ilə qorunur.


Hazırda, Kanadanın Milli Tədqiqat Şurasının əməkdaşları, Pyerluici Bombinin rəhbərlik etdiyi elm adamları, iqlim dəyişikliyinin Şimal Namib Səhrasında Heyrətamiz Velviçiya bitkisinə olan təsirini araşdırdılar. 2019-cu ilin May ayında tədqiqatçılar səhrada ekspedisiyası apardılar və bu müddət ərzində təxminən 215 km2 ərazidə Velviçiyanın sayını təyin etdilər və bitkilərin sağlamlıq və reproduktiv vəziyyətini, ölçüləri haqqında ətraflı məlumat topladılar.


Tapılan 1330 bitkinin yarısının vəziyyəti “orta” olaraq qiymətləndirildi. 32% -i "pis" vəziyyətdə idi. Yalnız 10% -i "yaxşı" vəziyyətdə qiymətləndirildi və 7% -i ölü tapıldı. 


Alimlər qeyd edirlər ki, bölgədəki mövcud iqlim dəyişikliyi meylləri davam edərsə, havanın temperaturu ortalama 1,5-2,5 dərəcə selsi artacaq və bu da o deməkdir ki,  yaxın onilliklərdə bitki tamamilə yox olmaq təhlükəsi ilə üzləşir.


Heyrətamiz Velviçiya qapalı və ya istixana bitkisi kimi də yetişdirilir, lakin onu yetişdirmək asan bir iş deyil.