Təbiət

Yırtıcı quşlar. Berqut

 

Berqut quşları Azərbaycanda sayı azalan nadir növdür. Respublikada dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. Yaşayış yeri müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil. Azərbaycanda berqutun çoxalması öyrənilməmişdir. Başqa populyasiyalardan məlumdur ki, berqut 4 - 5 yaşında cinsi yetişkənliyə çatır, daimi cütlər əmələ gətirir, fevral-mart aylarında 2 - 3 yumurta qoyub, 40 gün kürt yatır. Balalarını 80 günə qədər yuvada bəsləyir. Leş və gəmiricilərlə yemlənən başqa növ yırtıcılar berqutun rəqibidir. Təbii düşmənləri və xəstəlikləri məlum deyil. İnsan tərəfindən təqib edilməsi, gəmiricilərlə kimyəvi mübarizə qaydasının pozulması, qışda həm də yem azlığı berqutun sayını azaldır. Bunun üçün yuva sahələrini müəyyən edib təbii abidə kimi qorumalı; yırtıcı quşların qorunmasını geniş təbliğ etməliyik.

 


Bu quşlar 25-45 il yaşayırlar. Qızılquş növündən olan Berqut, həmcinsləri qartal və şahindən daha da böyükdür. Dağların yüksəkliyində ov axtaran berqutlar kiçik həşəratlar deyil, canavar, tülkü ovlamağa çalışır. Yayda çəkisi artıq olan quşlar, qışda çəkilərini azaltmağa çalışırlar ki, ov daşımaq rahat olsun. 
Berquta Qazaxıstanın şimalında, Altayda, Üstyurtda, Qızılqumda və ölkənin cənub və cənub-şərqindəki dağlarda rast gəlindiyini söyləyib. Onlar dağlarda 3000 metr yüksəkliklərdə, çöllərdə və meşələrdə, yaylaqlarda yaşayır. Berqutun digər quşlardan fərqli olaraq rəng ayırd etmə qabiliyyətinə malik olduğunu söyləyib.
İnsanlardan uzaq yaşayan, qızılquş növündən olan berqut bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da “Qırmızı Kitab”da nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilib.