Nağıllar, hekayələr

Lev Tolstoy. Kim haqlıdır?

Üç dost söhbət edirdi. Biri dedi:

 

- Mən istəyirəm elə yaşayım ki, bütün düşmənlərim ömrüm boyu məndən qorxsunlar.

 

Digəri dedi:

 

- Elə yaşamaq lazımdır ki, düşmənlər qorxsun, dostlar sevsin!

 

Üçüncü isə əlavə etdi:

 

- Elə yaşamaq lazımdır ki, dostların çox olsun, düşmənin isə heç olmasın!