Təbiət

Durnaların vətəni

Durnaların vətəni - Moskva vilayətinin Taldom və Sergiyevo-Posadski rayonlarında, Dubna ovalığının ərazisində yerləşən dövlət təbiət qoruğudur. Parkın sahəsi 36 min hektardan çoxdur. Bura nadir heyvan və bitkilərin yaşayış yeri, su quşları və köçəri quşların dayanacaq yeridir. Qoruq buzlaq mənşəli bataqlıqlar və göllər, bol sulu çaylar və meşələr ilə zəngindir. Hazırda burada 229 quş növü yaşayır və bunların bir çoxu Rusiyanın və Moskva bölgəsinin Qırmızı Kitabına daxil edilmişdir.


Hər il 800 -dən çox insan: elm adamları, turistlər, tələbələr, məktəblilər və gənc təbiətşünaslar bu bölgəni ziyarət edir. Buranın gözoxşayan təbiəti insanı sanki ruhən dincəldir.

 

Durnaların vətəni qoruğu milli park səviyyəsində fəaliyyət göstərir. Burada elmi işlər aparılır, ətraf mühit, folklor və təbiətin mühafizəsi ilə bağlı konfranslar, sahə seminarları və təbii ki, ekskursiyalar keçirilir. Hər ilin sentyabr ayında uşaqlar və böyüklər üçün ekskursiya proqramı “Durna Festivalı” təşkil edilir. Uşaq bağçalarının uşaqları və yetkin məktəblilər gəlirlər. Buranı ziyarət edənlər, yüzlərlə durna sürüsünü görmək, yosun bataqlığında gəzmək, gürzə ilanının şəklini çəkmək, giləmeyvə ləzzətini dadmaq, şəhərin tarixi və ədəbi muzeyini ziyarət etmək, Taldom Tarix və Ədəbiyyat Muzeyində mühazirə dinləmək şansı əldə edirlər.


Durnaların vətəninə səyahət etmək üçün ən yaxşı vaxt, minlərlə durnanın bir araya gəlib böyük sürü yaratdığı 20 Avqust - 30 Sentyabr dövrü hesab olunur.