Şeirlər

Balaş Azəroğlu. Ana dili

-Bir gün əsir düşmüş bir qəhrəmanı
Sorğuya, suala çəkəndə cəllad,
“Sizin əlinizdə ölmərəm!-dedi,-
Məni zaman-zaman yaşadar həyat”.
Dedilər:- Gözünü ovarıq sənin,
Görə bilməzsən.
Dedi: Yaşaram!
Dedilər:- Qolunu qırarıq sənin
Silahın, kəsərin düşər əlindən.
Dedi: Yaşaram!
Dedilər:-Qıçına kündə vurarıq,
Gəzə bilməzsən.
Başında elə bir tonqal qalarıq
 Dözə bilməzsən.
Dedi: Yaşaram!
Dedilər:-Nəyin var aparırıq biz,
Bir də keçmişinə dönə bilməzsən.
Dedi: Yaşaram!
Dedilər:- Dilini qopararıq biz,
Danışa bilməzsən, dinə bilməzsən.
Susdu qəhrəman.
Nə yaşaram dedi, nə ölləm dedi.
Söylədi:-Nə bilir elə, ey cəllad.
Divan sənindi,
Dövran sənindi.