Yumor

Göyə niyə dırmaşmısan?

Molla Nəsrəddinin Teymur Lənglə ilk görüşü haqqında belə bir rəvayət də vardır:


Teymur mollanı saraya çağırtdırır. Molla içəriyə girib görür ki,otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:


- Salam əleyküm,Ya Allah!


Teymur deyir:


- Mən Allah deyiləm , ay kişi! Mən…


Molla onun sözünü ağzında qoyub deyir:


Qurban olum sənə, ya cənab Cəbrayıl! 


Teymur deyir:


- A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?


Molla deyir:


Başa düşmürəm. İndi ki, nə Allahsan, nədəki mələk. Onda  düş, adam kimi otur adamların içində də. Daha göyə niyə dırmaşmısan?