Musiqi

Xalq mahnısı. Bağçada gül

I

Şəfəq saçır gün bizə,
Bəh-bəh, nə gözəl olur!
Çıxaq tarlaya, düzə,
Bəh-bəh, nə gözəl olur!
Günəşli al səhərlə
Gəlin duraq üz-üzə.


Nəqərat:


Bağçalar gül açır,
Bülbüllər dil açır.
Yer geyir al-əlvan
Bəh-bəh, nə gözəl olur!


II


Bütün ellər oyansın,
Bəh-bəh, nə gözəl olur!
Çöllər nura boyansın,
Bəh-bəh, nə gözəl olur!
«Ağ qızıl» tayaları
Buludlara dayansın.


Nəqərat:

Bağçalar gül açır,
Bülbüllər dil açır.
Yer geyir al-əlvan
Bəh-bəh, nə gözəl olur!

 

III


Tarlalarda biz gərək,
Bəh-bəh, nə gözəl olur!
Pambıq dərək, gül dərək,
Bəh-bəh, nə gözəl olur!
Muğanın sərvətindən
Dost ellərə göndərək.


Nəqərat:

Bağçalar gül açır,
Bülbüllər dil açır.
Yer geyir al-əlvan
Bəh-bəh, nə gözəl olur!