Şeirlər

Sabir Rüstəmxanlı. Millətəm

Çəkil torpağımdan,ey yağı düşmən,
Mən şeytanın ümüdünü üzən millətəm.
Dünyanı üstümə qaldırdın yeter,
Dünyanın dərdinə dözən millətəm!

 


Qədimlik uydurdun,hamısı yalan,
Ruhuma əl atdın,öz ruhun talan,
Qoynumda qıvrılan,ay şahmar ilan,
Mən ilan başını əzən millətəm.


Tarix yaradanam,yalan yazansan,
Açıq okeanam,bağlı qazansan,
Torpaq becərənəm,qəbir qazansan,
Qəbri ayaq tutub gəzən millətəm...

 


Düzmə qabağıma çopur daşları,
Səslənsəm dikələr dağ qardaşlarım,
İstəsəm tarixi bir də başlaram,
Mən durğun həyatdan bezən millətəm!


Bu şeytan çömçəni durmadan fırla,
Özünü hesaba vur da sıfırla,
Mənim barmağımda dünya fırfıra,
Gün boyu, Ay boyu əsən millətəm.

 


O yunan qardaşın,o rus qardaşın
Verdi qoltuğuna qarpızı,daşı,
Bircə sanatın var, o da başdaşı,
Mən daşı mehraba düzən millətəm!

 


Mənim yoluma bax,əzəlden haqdı,
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!...