Təbiət

Koati

Koati (Nasua), Yenotlar və ya Xəzlər (lat. Procyonidae) dəstəsinə aid məməli heyvan növüdür. Yerlilər heyvanı “ağ burunlu” və ayıya bənzədiyinə görə “kiçik ayı” adlandırırlar. Əsasən Amerika, Meksika, Arizona, Kolumbiya və Ekvadorun vəhşi təbiətində yayılmışdır.

 

Koatinin qısa ayaqları güclü dırnaqlarla təchiz olunmuşdur. Koati hər şey yeyəndir, yəni qida rasionunu həm ət (həşəratlar, kiçik heyvanlar, quş yumurtaları), həm də müxtəlif otlar, meyvələr (qoz-fındıq, zərif meyvələr, köklər) təşkil edir. Burnundan, yem axtararkən torpağı qarışdırmaq üçün istifadə edir. Kiçik qruplarda yaşayır və mükəmməl ağaclara dırmaşmaq qabiliyyətinə malikdir.

 

Xarici görünüşcə koati yenota bənzəyir. Koatinin böyüdüyü maksimum hündürlük - 30 sm, dişilərin uzunluğu - 40 sm, erkək fərdlər də isə - 67 sm-dir. Yetkin  bir fərdin çəkisi 7-11 kq arasındadır.

 

Koatilər uzunsov bir bədənə, qısa ayaqlara sahibdirlər. Arxa ayaqları ön ayaqlardan bir qədər uzundur. Bir çox fərd narıncı-qırmızı tüklərə sahib olduğuna görə bəzən bu heyvanı tülkülərə də bənzədirlər. Heyvan maraqlı və bənzərsiz bir quyruğa sahibdir, belə ki, quyruğunun üstündə tünd və açıq çalarlarla üzük formalı cizgilər var. Kürkü çox yumşaqdır. Koatinin uzunsov ağzı, dar və çevik bir burnu, kiçik qulaqları, qara və yalın ayaqları var. Heyvanın quyruğu ucuna doğru daralır. Beş barmağı olan əyri pəncələrə sahibdbir. Ağzında 40 dişi var.

 

Cütləşmə mövsümü qışın sonuna yazın əvvəlinə təsadüf edir. 77 gün davam edən hamiləlik dövründə gələcək ana yuva təchiz edir. Dişilər 2 – 6 arası bala dünyaya gətirir ki, bu balalar iki ildən sonra ailəni tərk edirlər. Körpələr analarından çox asılıdırlar, çünki onlar zəifdirlər (çəkiləri 180 q-dan çox deyil). Südlə qidalanma təxminən dörd ay davam edir.

 

Erkək koatinin fəaliyyəti gecəyə yaxın başlayır, gün işığında isə dincəlirlər. Məşhur əyləncələrdən biri də bir-biri ilə aktiv mübarizə etməkdir. Ağacların zirvəsində yatırlar.