Bu maraqlıdır!

Peyk

1957-ci il oktyabrın 4-də insanlar ilk dəfə Yer kürəsinin süni peykini səmaya qaldırdılar. Bu peyk təxminən 82 kiloqram ağırlığında parlaq kürə idi. Bəs peyklər nəyə lazımdır?
 
Peyklər vasitəsilə biz Yer kürəsini kənardan izləyə və buradan görmədiklərimizi görə bilirik. Peykdən asanlıqla Yerdəki havanı müşahidə etmək olar. Bu isə hava proqnozu vermək üçün çox vacibdir. Peykin uçuşunu izləyən alimlər Yer kürəsinin dəqiq formasını təyin edə bilirlər. Bu isə dəqiq coğrafi xəritənin hazırlanmasına kömək edir. 
 
Peyklər insanlar üçün bir çox lazımlı işləri həyata keçirir, radio və televiziya vasitəsilə infromasiya ötürülməsini reallaşdırırlar. Amma peyklərdən təkcə radio və televiziya üçün istifadə edilmir. Çünki peyk fasiləsiz olaraq Yer kürəsini izləməlidir. Əks təqdirdə onun kamerası ilə heç nəyi müşahidə etmək olmaz. Bunun üçün peykdə idarəetmə və orientasiya sistemi mövcuddur. Bu sistem peykin öz orbitindən çıxmasına imkan vermir. 
 
Peykin digər mühüm sistemi isə radiotelemtriyadır. Onun köməyi ilə peykin idarəetmə aparatının vəziyyətini, nəyinsə sınıb-sınmadığını, hansı əmrlərin verilməsinin gərəkli olduğunu öyrənirlər. Radiotelemetriya vasitəsilə insan peykdə olmasa da onu daim nəzarətdə saxlayır. 
 
Müasir dövrümüzdə alimlər peykə elmi cihazlar yerləşdirirlər. Amma yaxın gələcəkdə onlar özləri peyklərdə yaradılmış laboratoriyalar və rəsədxanalarda tədqiqatlar aparacaq, peyklər vasitəsilə gəmilər və təyyarələr öz mövqelərini məyyənləşdirəcək, geoloqlar mədənlər axtaracaq və “peyk” sözü isə “avtomobil” və “təyyarə” kimi ümumişlək sözə çevriləcək. 
 
Azərbaycanın “Azerspace-1” və ya “AzerSat” adlı öz peyki var. Bu, ABŞ-ın Orbital Sciences Corporation şirkəti ilə birlikdə STAR-2 platformasında yaradılmış ilk və hələlik yeganə Azərbaycan peykidir. Peykin şəkisi təxminən 3.2 tondur. “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir.
 
“Azerspace-1” telekommunikasiya peyki 2013-cü il 7 fevral tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır.