Bu maraqlıdır!

Fransisko Alvarado Parkı, Kosta Rika

Fransisko Alvarado parkı Kosta Rikanın ən görməli yerlərindən biridir. Parkı “landşaft dizaynının əsl əsəri” adlandırmaq olar. Orijinal park Zarkero şəhərində yerləşir və məşhur yazıçı Fransisko Alvaradonun şərəfinə adlandırılıb. Təəccüblüdür ki, bütün bu əzəməti yalnız bir nəfər - bağban Evangelisto Blanko Brenes yaratmış və mükəmməl vəziyyətdə bu günə kimi qoruyub saxlamışdır.


Bağ kifayət qədər geniş miqyaslı və müxtəlif mürəkkəb heykəltəraşlıq kompozisiyaları ilə seçilir. Bu parkda ziyarətçilər canlı bitkilərin inanılmaz dərəcədə gözəl və maraqlı labirintlərini, eləcə də mamırla örtülmüş canlı heykəlləri görmək imkanı əldə edirlər.

Heykəllərin bəziləri qismən daşdan hazırlanmışdır və maraqlı bitkilərlə tamamlanmışdır. Ustalar daşların üzərində xüsusi mamır yetişdirirlər ki, bu da canlı heykəllərin imitasiyasını yaratmağa imkan verir.


Parkın yaranma tarixi çox maraqlıdır, onun əsası təxminən 50 il əvvəl qoyulub. O vaxtdan bəri kiçik bağ böyük bir şəhər parkına çevrilib və Zarkero şəhərinin cəlbedici simvoluna çevrilməyi bacarmışdır. İndi Fransisko Alvarado Parkında 130 müxtəlif bitki var və onların hamısına artıq yaşlı bağban Evangelisto Blanko Brenes qulluq edir. Parkdakı heykəllərin əksəriyyəti şam və sərv bitkilərindən hazırlanıb. Parkın ərazisində quşların, dinozavrların, meşə pərilərinin fiqurlarını və bir çox abstrakt kompozisiyaları görmək olar.

 

Bağbanın əsl qüruru isə - altı il ərzində ərsiyə gətirdiyi fil fiqurudur.