Şeirlər
Zahid Xəlil. Çiyələk
Çil-çil xallı çiyələk
Tapılmayır nə edək?
- Aha, - aha, bir baxın,
Yarpağını görmüşəm! -
Mən o qırmızıdonun
Saplağını görmüşəm.
Topasına baxın bir!
Bunu tapan oğuldu.
Görən bu çiyələkdi
Ya qırmızı noğuldu?!