Musiqi

Xalq mahnısı. Sarı gəlin

I

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Bu sevda nə sevdadı?
Səni mənə verməzlər,
Neynim, aman, aman, sarı gəlin.

II

Bu dərənin uzunu,
Çoban, qaytar quzunu, quzunu,
Nə ola, bir gün görəm
Nazlı yarın üzünü,
Neynim, aman, aman, sarı gəlin.

III

Aşıq ellər ayrısı,
Şana tellər ayrısı.
Bir gününə dözməzdim,
Oldum illər ayrısı.
Neynim, aman, aman, sarı gəlin.