Təbiət

Pepino

Bibərin yarpağını, kartofun çiçəyini, armudun görünüşünü, yemişin isə dadını xatırladan bu Cənubi Amerika bitkisinin adı - Pepinodur (lat. Solanum muricatum).


Pepino Perunun dağlıq ərazilərində, Çili və Kolumbiyada becərilən qədim bitkilərdən biridir. Meyvəyə olan böyük maraq ötən əsrin 80-ci illərində ortaya çıxdı. Bu bitkinin möcüzəvi meyvələrini ilk dəfə daddıqdan sonra ispanlar ona “pepino dulce, yəni “şirin xiyar” adı verdilər. Digər adları: Aymara, Quechua, Peru xiyarı, Armud qovunu və Bəzək qovunudur. Lakin əksər növlərin forması armuda, dadı isə yemişə bənzədiyindən pepino daha çox “Armud qovunu” adlanır. Bu gün pepinonun 25 növü mövcuddur.


Uzun illər Cənubi Amerikada istifadə edilməsinə baxmayaraq, dünya bazarlarında 1990-cı illərdən etibarən maraq görməyə başladı. Pepino meyvəsi ortalama 250-300 qram ağırlığında, üzərində bənövşəyi xəttlər olan, qovun dadını xatırladan, sulu, özünə xas dadında, orta şirin, C vitamini və kalium ilə zəngin bir meyvədir. Şimal Amerika və Avropa bazarlarında tropik meyvələrə olan tələb və pepino meyvəsinin xərçəng hüceyrələrini öldürücü təsirinin ortaya qoyulmasından sonra meyvəyə olan marağı artırmışdır.


Çili , Peru və Kolumbiya təbii olaraq yetişən pepino, Yeni Zelandiya da inkişaf etdirilən yeni növlər və müasir, idarəli şərtlərdə istehsal nəticəsi beynəlxalq bazarlara təqdim edilmiş və xarici ticarəti Avropa, Yaponiya və ABŞ-a istiqamətli olaraq artmaqdadır. Avropa ölkələrindən ən çox Almaniyada tropik meyvə olaraq bazara təqdim edilməkdə və bu ölkəyə uzaq istehsalçı ölkələr Çili və Yeni Zelandiyadan idxal edilməkdədir. Yaponiyada ən yüksək qiymətə satılan meyvədir və bu ölkədə hətta hədiyyəlik əşya kimi qiymətləndirilməkdədir. Pepino daşımağa dayanıqlı bir meyvə deyil, bu səbəblə Türkiyənin Avropaya yaxınlığından ötəri ixracata istiqamətli istehsal üstünlüyünün qiymətləndirilə biləcəyi bir məhsuldur.


Pepino ticari olaraq daha çox Yeni Zelandiya, Çili və Avstraliyada çıxarılmaqdadır. 


Pepino bir çox sitrus meyvələri ilə yanaşı C vitamini mənbəyidir: (100 qr-a təxminən 35 mq), həmçinin A, B1, B2 və PP vitaminləri ilə zəngindir. Meyvə çox şirəli, ləti 92% sudan ibarətdir. Tərkibində karbohidratlar demək olat ki, yoxdur - yalnız təxminən 7% təşkil edir, lakin karoten, dəmir və pektin maddələri ilə zəngindir.