Musiqi

Bahar nəğməsi

Musiqi: Hökümə Nəcəfova 
Söz: Ənvər Əlibəyli 

 

 

Gələndə bahar çiçəklər açar,
Əlvan boyanar çəmənzar.
Ötər quşlar, qaranquşlar,
Yaşıl geyər bağça-bağ.

 

 

 

 

Nəqərat


Gəldi bahar, gəldi bahar,
Selə döndü dağda qar.
Günəş yandı göydə par-par,
Çiçəkləndi heyva, nar.
Gəldi yar, baharım,
Güldü yar, baharım,
Qəlbimdən keçəni bildi yar, baharım,
Özün baharsan sən də, yar!

 

 

Səhər yelləri ötər gülləri,
Üzə, yanağa düşər tel.
Qayıdar quşlar, qaranquşlar,
Atlas geyər düzən, çöl.