Xəbərlər

“Danışan gəlincik” tamaşasının premyerası olacaq

Noyabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşasının premyerası olacaq.

 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

 

Rollarda Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Elşən Hacıbabayev və başqaları oynayacaqlar.

 

Əsərin qəhrəmanları olan İnci, Rəmziyyə, Şah, Xanım, Nazlı, Kərim, Dayə, Vəzir, Aslan uşaqları maraqlı bir nağıl dünyasına aparacaqlar.