Musiqi

Anama bənzəyən analar...

Söz:Hafiz Əli

Musiqi:Rəşid Şəfəq

İfa: Flora Kərimova

 

 


Qayğılı, mehriban baxışlarıyla
Analar anama bənzəyir bir az.
Zərif üzlərinin qırışlarıyla
Analar anama bənzəyir bir az.

 

Analar anama bənzəyir düzü,
Öz mehri,ülfəti,məhəbbətilə,
Mənalı,hikmətli söhbəti,sözü
Ağıllı öyüdü,nəsihətilə

 

Anama bənzəyir analar bir az,-
Gözləri yol çəkib qəmlənən zaman.
Anama bənzəyir analar bir az,
Qara kirpiklər nəmlənən zaman.

 

Sevincli fərəhli gün keçirəndə
Nurlu üzlərində gəzər bahar yaz
Gəlin gətirəndə qız köçürəndə 
Analar anama bənzəyir bir az

 

Odlar düşdümü bir el bir ölkə
Ürəkdən sızlayır acıyır onlar
Analar anama bənzəyir bəlkə 
Anama anadır bacıdır onlar