Təbiət

Yeni torpaq effekti

“Yeni torpaq effekti”,yəni “Qütb ilğımı” – müxtəlif temperaturlu hava təbəqələrində günəş işığının sınması nəticəsində əmələ gələn üç arktik optik illüziyadan biridir (digərləri:Hillingar və Hafgerdingardır). Başqa sözlə desək, atmosferdə işığın qeyri-adi güclü sınması ilə əlaqəli nadir optik hadisənin adıdır. 


Bu ilğım növü əsasən Antarktida və Arktikada müşahidə edilir. 


Yeni torpaq effekti - günəş işığının müxtəlif temperatura malik hava qatlarında qırılması nəticəsində meydana gəlir. Metroloji vəziyyətdən asılı olaraq günəş həm xətti boyunca həm də dördbucaqlı formasında görünə bilər. Bu effektin əsas səbəbi günəş şüalarının atmosfer qatlarındakı çoxbucaqlı əks olunmasının invertasiyasıdır. Aydın havada müxtəlif temperatura malik hava qatları işıq bələdçisi rolunu oynayır və günəş daha hündürdə görünür. Əslində isə bu belə olmur. Müşahidə edilən effekt o zaman mümkün olur ki, temperatur qradiyenti yüksək və inversiya qatının uzunluğu ən azı 400 km olsun.


Yeni torpaq müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur.


Bu effektin adı 24 yanvar 1597-ci ildə ilk dəfə Yeni Torpaq arxipelaqında Vilhelm Barentsin ekspedisiyası tərəfindən müşahidə edilməsi ilə bağlıdır. Ekspedisiya üzvləri olan Herrit de Ver və Yakob van Hemskerk o zaman üçün anormal bir hadisəni müşahidə etmişdilər. Günəş üfüqdə müşahidə edilsə də, astronomik təqvimə görə hələ qütb gecələrinin bitməsinə 2 həftə qalmışdı. Herrit de Ber bu hadisəni öz gündəliyində qeyd etmişdir. Herrit Hollandiyaya geri dönəndə ona inanmamışdılar. Səbəb isə onların Yuli təqvimindən istifadə etməsi göstərilirdi. Yeni Torpaq effektini 1915-ci ildə Ernest Şekltonun ekspedisiyası Antarktidada olarkən müşahidə etmişdir. Effektin elmi izahı yalnız XX əsrin sonları verilmişdir. Yalnız bundan sonra effektin izlərini İohan Keplerin 1604-cü il qeydlərində də aşkarladılar.


Oxşar hadisələr daha sonra Arktika və Antarktikanın digər yerlərində dəfələrlə müşahidə edildi, E. Şekleton 1914 - 1917-ci illərdə Antarktika ekspedisiyası zamanı bu qütb hadisəsinin şahidi olmuşdur.


Yeni torpaq effekti ilə bağlı maraqlı tədqiqatlar bu yaxınlarda V. Len (1979) tərəfindən aparılmışdır. O, meteoroloji şəraiti təhlil edərək göstərdi ki, bu hadisə Yer səthinin yaxınlığında temperatur fərqi 25°C-ə qədər olan güclü temperatur inversiyasının (yəni, atmosferin müəyyən təbəqəsində hündürlüklə havanın temperaturunun artması) mövcud olduqda baş verir. Müəllif, səth təbəqəsində müxtəlif şaquli temperatur qradiyenti üçün işıq şüalarının trayektoriyalarını hesablamışdır. Məlum olub ki, günəş şüalarının trayektoriyalarının iki variantı mümkündür:


Birincisi - Şüaların sınması çox güclü, lakin qeyri-bərabərdir. Müəyyən hündürlükdə çox güclü refraksiyaya malik təbəqə var (soyuq təbəqə), ondan yuxarı və aşağıda isə zəif refraksiyaya malik (daha isti) təbəqələr var. Yerin ən səthində yenidən soyuq təbəqə yerləşir. İsti təbəqələr arasında sıxılmış hündürlükdə olan soyuq təbəqəyə “termoklin” deyilir. Böyük bir üfüqi ölçüdə olmalıdır. Termoklinə dəyən və yuxarı və aşağı isti təbəqələrdən dəfələrlə əks olunan günəş şüaları termoklin boyunca çox uzun məsafələrə, 400 km və ya daha çox məsafəyə yayıla bilər. Bu variantı “hündürlükdə termoklin olan bir vəziyyət” adlandırmaq olar.


İkincisi - Havanın çox soyuq səth təbəqəsi və onun üstündə kəskin temperatur inversiyasının olması. Burada termoklinin rolunu soyuq səth təbəqəsi oynayır. Termoklinə dəyən günəş şüaları, termoklindən və yer səthindən yuxarıda, inversiya təbəqəsindən dəfələrlə əks olunaraq, termoklinadan uzun məsafədə hərəkət edir. Bu təbəqədən çıxan şüalar Günəşin təhrif olunmuş və mürəkkəb təsvirlərini yaradır. Bu hadisə, Yer səthinə yaxın olan bir termoklinin vəziyyətidir. 1974-cü il yanvarın 20-də Yakutiyanın Çerski kəndində müşahidə olunmuşdur: qütb gecəsində Günəş qəfildən bir neçə dəqiqə ərzində üfüqün üstündə görünmüşdür. Həqiqi günəşin doğuşu (yəni, qütb gecəsinin sonu) yalnız bir neçə gün sonra baş vermişdir.