Dastanlar

"Şu" poeması

“Şu” (“Çu”) poeması - tarixi faktlara əsaslanaraq əfsanəyə çevrilən, türk xalqlarının qədim əcdadı - sakların şücaətindən bəhs edən qəhrəmanlıq dastanıdır.


“Şu” (“Çu”) poemasının düzgün, elmi analizini vermək məqsədi ilə bizim eradan əvvəl dördüncü minilliyin ortalarında sak çöllərində baş verən bəzi tarixi hadisələrə diqqət yetirmək lazımdır. Bunun üçün isə ilk növbədə, sakların tarixi haqqında məlumat verən, Berel kurqan kompleksində arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalara nəzər yetirməli olacağıq.


Sakların dövründən günümüzə gəlib çatan qəhrəmanlıq dastanlarının parçalarının bəzi “ağ ləkələr”nə aydınlıq gətirilməsində arxeologiya elminin ən son nailiyyətlərinin mühüm rolu olmuşdur. Belə ki A.X.Marqulan adına arxeologiya institutunun təşkilatçılığı ilə beynəlxalq qazax-fransız-italyan birləşmiş ekspedisiyası tərəfindən 1999-cu ildə elm dünyasında sensasiya sayıla biləcək arxeoloji artifaklar tapıldı. Altay dağının ətəyində (Şərqi Qazaxıstan vilayəti, Katon-Karagay rayonu) Berel qəbiristanlığında arxeoloqlar iki min dörd yüz il bundan əvvələ aid sak hökmdarının və onun xanımının mumiyasını aşkar etdilər. Ən təəccüblüsü bu idi ki, hökmdara qurban verilən və donmuş vəziyyətdə uzanan on üç kürən atın cəsədi iyirmi dörd əsr heç bir dəyişikliyə və çürüməyə məruz qalmadan tamamilə salamat qalmışdı. Kurqanda tapılan əşyalar və üzərinə çəkilən ən müxtəlif şəkillər, omamentlər, heyvan, quş fiqurları və s. bəzi qədim dastanlann süjetini dəqiq müəyyən etməyə imkan verir.

 

Maraqlı bir sual meydana çıxır. Nə üçün hökmdara qurban edilən atların sayı məhz on üçdür?

 

Düşünürük ki, bu suala cavabı uzaq sak dövründən günümüzə gəlib çatan “Şu” (“Çu”) poemasının süjet xəttində tapa bilərik. Poemada Şu (Çu) xanı qorumağa dəvət olunan on iki igiddən (batırdan) danışılır. Hesab edirik ki, mavi ipək parça ilə bürünmüş on iki qanadlı ordunu (qədim türklərdə “ordu” “dövlət”, “yurd” mənasında işlədilirdi) gecə və gündüz qoruyan on iki atlı döyüşçü (batır) hökmdara göndərilən on iki tayfanın etibarlı nümayəndəsidir. Bəs onda nə üçün Berel kurqanında on üç at aşkar edilib? Bəlkə, hökmdar on üç qəbiləni idarə edirdi? Əlbəttə, bu belə deyil.

 

Ümumiyyətlə, sak və hunların şifahi ədəbiyyat nümunələrinə diqqət yetirdikdə tez-tez “on iki qəbilədən ibarət xalq” haqqında söz açılır. Belə ki Bereldə dəfn edilmiş on üç atdan biri, ən gözəli, qızıl-qırmızırəngə boyanmış, bol omamentlərlə bəzədilmiş hökmdarın döyüş atıdır. Daha dəqiqi, on iki qəbilədən on iki atla birlikdə hökmdarın atı da qurban edilmişdir. “Şu” (“Çu”) poemasının bizə gəlib çatan nümunələrinin süjeti digər mənzərəni də anlamağa imkan verir. Məsələn, Berel məzarlığında tapılan on üç atın hər biri noxtasından ta quyruğunadək üstündə olan bütün qoşqu ləvazimatları naxış və rəsmlərin əks olunduğu qızıl lövhəciklərlə bəzədilmişdir. Qiymətli metalla örtülmüş sinəbənd, quşqun, dəhnə, gicgah kəmərləri və digər minik ləvazimatları öz gözəlliyi ilə insanı valeh edir. Minik ləvazimatları, naxışlarla bəzədilmiş yəhər, yəhər yanlıqları yüksək ustalıqla hazırlanmışdır. Lövhələrdəki naxışlarda simurq - əfsanəvi qartal, dağ kəli, bəbir, “qartalbaşlı” qrifon (bədheybət-sfinks) təsvir olunub. Xüsusilə dağ kəlinin təsviri tez-tez təkrarlanır. Burada “Аркар уранды алты алаш” (“Arxar” ləqəbli altı alaş qəbiləsi”) frazeoloji ifadəsi qeyri-ixtiyari olaraq xatırlanır. Ancaq bundan sonra, sak və hun dövrünün minik qoşqu ləvazimatlarının üzərindəki mifoloji quş və heyvan naxışlarının təsviri onun elementlərinin açılmasına, günümüzə qədər gəlib çatan və anlaşılmayan “Alp Ər Tonqa”, “Şu” (“Çu”), “Atilla” dastanlarmdakı bir çox süjetlərin anlaşılmasına şərait yaranır. Qədim dövrün tədqiqi ilə məşğul olan tarixçilərə görə sak və hun zamanında yunanlarda, farslarda və çinlilərdə at minik qoşqu ləvazimatları haqqında heç bir təsəvvür olmayıb.

 

Yuxanda sak və hunların adı çəkilən poemalarda igidin (batırın) atı məxsusi müqəddəs xüsusiyyətlərə, ruhi gücə malik canlı kimi təsvir olunur. Sakların inancına görə, nə qədər ki insan sağdır, at onun ən sadiq yoldaşı, həm də nəqliyyat vasitəsidir; insan öləndə o, mələyə çevrilir və Tanrıya yetişməkdə insana yardımçı olur. Berel məzarlığında aşkarlanan hökmdar tabutunun dörd bir tərəfi Simurq fiquru ilə bəzədilib. Onlar bürüncdən tökülüb, sonra üzəri qızılla örtülüb. Simurq quşlarının qanadlan açıq şəkildə elə təsvir olunub ki, sanki hər an ov edəcəklər. Bu ecazkar əsərin məzmunu nədən ibarətdir? Bu suala cavabı biz sanki “Көк öopi” (“Boz qurd”) - “Göy (səmavi) canavar” eposunda tapırıq. Burada hərbi yürüşə çıxanigidin (batırın) dəbilqəsinin istənilən hissəsində Simurq quşunun qanadlarının açıq parlaq təsviri aydın görünür. Beləliklə, sak və hun inanclarına görə, müqəddəs Simurq quşu həm bu dünyada, həm də dünyadan köçdükdən sonra insanı daim pis qüvvələrdən qoruyur və himayə edir. İgid (batır) döyüş meydanında həlak olanda o onun ruhunu Tanrının dərgahına apanr. Aşkar olunan qədim abidələrlə qarşılaşdığımız zaman əmin oluruq ki, sak və hunların qəhrəmanlıq dastanlarının əsas süjet xəttinin açılmasına xidmət edən bir sıra hadisələr tarixi həqiqətdən o qədər də uzaq deyil. 

 


Poemada məşhur Makedoniyalı İsgəndərin türk torpaqlarına hərbi yürüşü haqqında geniş məlumat verilir. Göstərilir ki, tərəflər arasında döyüş iki ordu arasında deyil, hər bir tərəfdən qırx döyüşçü olmaqla aparılmışdır. Şunun (Çunun) döyüşçülərinin qalib gəlməsi nəticəsində qarşılıqlı razılaşma əsasında sülh sazişi imzalanmışdır.

 


Məlumdur ki, zamanında istedadlı sərkərdə kimi hər kəsin tanıdığı, şöhrətli hökmdar Şu (Çu) batır birləşmiş sak dövlətinə aid olan Şu (Çu) vilayətində yaşamışdır. Saklar bizim eradan əvvəl müasir Orta Asiya, Qazaxıstan, Şərqi Türküstan ərazilərində məskunlaşmış tayfalardan biridir. İran tarixçiləri sakları üç qrupa bölür. Aral dənizi ətrafında, Karatau və Yeddisu bölgəsində, Sırdəryadan farsların “Tiay para daray” (dənizin digər tərəfindəkilər)adlandırdığı Amudəryaya qədər olan ərazilərdə saklar yaşamışdır.

 


Şu (Çu) batır hündür boylu, enli kürəkli, əzələli, sərt baxışlı, uzun saçlı və bığ yeri yenicə tərləyən gənc kimi təsvir olunur. Gənc hökmdar yayda da, qışda da yaz təravətini itirməyən möhtəşəm bağında böyük bir sututar (istənilən vaxt daşma bilən, gümüşdən hazırlanmış hovuz) tikdirir. İlin istənilən çağında burada qu quşu, qaz, ördək üzür. Şu (Çu) batır hərbi yürüşlərdən, ovdan və dövlət işlərindən ayrılaraq hovuzun yanına gəlməyi və suda üzən quşları izləməyi çox xoşlayardı. Dastana görə, Şu (Çu) batır quşların hərəkətindən gələcəyi görməyi bacarırdı. Sututarın yanında ola-ola öncədən Makedoniyalı İsgəndərin rəhbərliyi ilə böyük bir ordunun sakların ölkəsinin sərhədlərinə yaxınlaşmasından xəbər tutur. Ancaq xalqı təşvişə salmamaq üçün bu barədə heç kimə heç nə demir. Makedoniyalı İsgəndərin ordusunun Hocənd çayını keçməsi xəbəri gəldikdə isə, Şu (Çu) batır onlara qarşı qırx döyüşçü göndərir. Çoxsaylı qanlı döyüşlərdən keçən və dünyanı fəth edən İsgəndər qırx nəfərdən ibarət kiçik bir döyüşçü dəstəsini görərkən şübhələnir. Bu zaman onun müdrik məsləhətçisi deyir: “Şu (Çu) batır çox insanın ölümünü istəmir. O demək istəyir ki, əgər sən güclüsənsə, qırx cəsur igidlə döyüş, əgər onlara qalib gələ bilsən, döyüşsüz təslim olacağıq”. Məğrur İsgəndər də Şu (Çu) batırın qırx igidə qarşı özünün qırx ən yaxşı döyüşçüsünü çıxardır.

 

Dağların ətəyindəki geniş düzənlikdə şiddətli döyüş başlayır. Həmişə olduğu kimi, hər iki tərəfdən ən yaxşı döyüşçülər qarşılaşır, ancaq Şu (Çu) batırın sərbazı düşmən əsgərini bir göz qırpımında iki hissəyə parçalayır. Həlak olan əsgərin dəri kəmərindən yerə qanlı qızıl sikkələr tökülür. Bunu görən Şu (Çu) batırın döyüşçüləri “Qanda qızıl!” (“Алтыны — кап болды!”) deyə qışqırırlar. O vaxtdan bu döyüş meydanını “Altınkan” adlandırmağa başlayırlar. Makedoniyalılar ən yaxşı qırx döyüşçüsünün məğlubiyyəti ilə razılaşaraq Şu (Çu) batırla sülh razılığına gəldilər və bu dostluq Şu (Çu) batırın ölkəsini, xalqını qoruyaraq məhv olmaqdan xilas edir. Poemada diqqəti cəlb edən daha bir məqam var. Şu (Çu) batırın göy çadırını gecə-gündüz təpədən dırnağa silahlı on iki atlı batır mühafizə edir. Poema bizə tam halda çatmasa da, kiçik parçalardan anlamaq olur ki, qədim tarix haqqında geniş məlumat verən bu dastan kifayət qədər böyük, kəskin süjetli, yüksək bədii məziyyətlərə malik əsərdir. Sak dövrünün şifahi ədəbiyyatının çox gözəl nümunəsi “Şu (“Çu”) batır” dastanı sonrakı dövrlərdə türk yazılı ədəbiyyatının formalaşmasına böyük təsir göstərmişdir. Şu (Çu) batır qaydaya uyğun olaraq hər hansı ciddi bir işə başlayarkən, özünün batır və bəylərini toplayaraq xüsusi nitqlə onlara müraciət edir. Təəssüf ki, belə müraciətlər poetik formada deyil, alim-araşdırmaçıların şərhində bizə gəlib çatıb.

 


“Şu” (“Çu”) poemasında bir çox atalar sözləri, deyimlər, zərbiməsəllərə rast gəlmək olar. Onlardan “Düşmən qapı ağzına gələndə canavar ətəkdən yapışar”, “Göz - qorxaq, əl - qoçaq”, “Dil daş yarar, daş yarmasa, baş yarar”, “Səbir - qızıldır”, “Əgər otu at yemirsə, o böyüməsə, yaxşıdır, əgər oğul valideynlərinin qayğısına qalmırsa, doğulmasa, yaxşıdır” və s. nümunələri göstərmək olar.