Musiqi

Abşeron

Musiqi: Telman Hacıyev
Söz: Nəbi Xəzri


I


Alar səni qoynuna,
Mehriban Xəzər.
İnci taxar boynuna,
Narın ləpələr.
Bağların cənnət təki,
Çiçək-çiçəkdir.
Buruqlar sinəndəki
Yanar ürəkdir.

 

Nəqərat:


Abşeron, ay Abşeron,
Ömür baharım.
Abşeron, ay Abşeron,
Odlar diyarım. (2)


II


İşıq olub, saçılan,
Həyat kimisən.
Sən dənizə açılan,
Qanad kimisən.
Sevir səni oğul, qız,
Məğrurdur səsin.
Bizim doğma Bakımız,
Baş tacın sənin.


Nəqərat: