Nağıllar, hekayələr

Valentina Oseyeva. Yaxşılıq etmək

Yurik səhər yuxudan oyanıb, pəncərədən çölə baxdı. Günəş əlvan şəfəq saçırdı hər yana! Yaxşı bir gün idi!  


Yuri bugün yaxşılıq etmək istəyirdi, oturub fikirə getdi: "Əgər bacım boğulsaydı, onu xilas edərdim!"


Həmin an bacısı Yurikin yanına gəlib dedi:


- Məni gəzməyə apar, Yura!


- Get burdan, düşünməyimə mane olursan! 


Bacısı inciyib oradan uzaqlaşdı. 


Yura yenə düşünməyə davam etdi: "Canavarlar dayəyə hücum etsəydilər, mən də onları öldürərdim!"


Dayə Yuraya yaxınlaşıb dedi: 


- Qabları təmizləməyə kömək et, Yuroçka.


- Özün təmizlə - vaxtım yoxdur! - deyə Yura cavab verdi.


Dayə başını bulayıb, oradan uzaqlaşdı.


Yura yenidən düşündü: "İtimiz Trezorka quyuya düşsəydi, onu quyudan çıxarardım!"


Trezorka həmin an onun yanında peyda oldu. O, quyruğunu yelləyib su istədi:


- Uzaqlaş burdan! Düşünməyimə mane olursan! - Yura Trezorkanı yanından qovdu.


Trezorka ağzını bağlayıb, kolların altına girdi.


Yura anasının yanına gəlib ondan soruşdu:


- Anacan, yaxşılıq etmək istəyirəm, nə edə bilərəm? 


Anası Yuranın başını sığallayıb dedi:


- Bacınla gəzintiyə çıx, dayəyə qabları təmizləməyə kömək et, itimiz Trezora isə bir az su ver.