Musiqi

İslam Rzayev. Alma dərən

Ağacda alma beş olar,
Yerə düşər, on beş olar,
Oğlan sevər, qız xoş olar.
Qoy, mən olum alma dərən!

 

Ağacda alma kal olar,
Yerə düşər, xal-xal olar,
Oğlan gülər, qız lal olar.
Qoy, mən olum alma dərən!

 

Almanı qızlar dərərlər,
Dərə, dərə xoş gülərlər.
Onu mənə, kaş, verərlər.
Qoy, mən olum alma dərən!

 

Ağacda alma atılar,
Atıb aşağı yatdılar,
Əhdi-peymana çatdılar.
Qoy, mən olum alma dərən!