Şeirlər

Zahid Xəlil. İki yumurta

İki dümağ yumurta
Yumru, yumaq yumurta
Oynadılar, qaçdılar
Oynadılar, coşdular.

 


Kiçik çıxıb böyüyün,
Çiynində durdu səssiz
Bu iki ağ yumurta
Çevrilib oldu səkkiz.

 


Sən bir bax, birə bax!
Yekəburun, təkayaq.
Gəlib dedi səkkizə:
- Mən də qoşulum sizə.

 


Çönüb səksən bir olaq
Səkkiz dedi: - Sən birsən,
Yoxsa əyribaş çomaq?
Bir yamanca hirsləndi

 


Birdən dindi, nə dindi:
- Sən də lap yumrubaşsan,
İki xırdaca daşsan!
Səkkizlə bir dalaşdı

 


Eh, bir qaçdı, nə qaçdı!
Yüyürdü yorta - yorta,
Onun da arxasınca
Qaçdı iki yumurta.

 


Döngənin lap başında
Bir - birinə çatdılar.
Yumurtalar axır ki,
Dəcəl biri tutdular.

 


Dayandılar yanaşı
Sıraları düz oldu.
İşə baxın, ay aman,
Onlar çönüb yüz oldu!

 


Sevindi yumurtalar
Lap sevindi çomaq da
Eşidib əhvalatı
Mən də - yazdım bu haqda.