Musiqi

Hikmət Ziya. Azərbaycan

Musiqi: Rəşid Şəfəq
 

I
Sevimli diyar,
Sənsən ilk bahar!


Ürəyimizdə
Doğma adın var!
Ey ana Vətən —
Azərbaycan!

 

II
Paytaxtın Bakı,
Açır gül təki!


Solmaz heç zaman,
Boy atar hər an.
Ana Vətənim —
Azərbaycan!


III
Səndədir sərvət,
Gözəl təbiət.


Xoş soraqlısan.
Xoş növraqlısan,
Ey ana Vətən —
Azərbaycan!

 

IV
Mərd ellərin var,
Yaradar, qurar!


Mavi Xəzərin,
Göy göllərin var.
Ey ana Vətən —
Azərbaycan!