Şeirlər

Mina Rəşid. Nənəmin ad günüdü

Nənəmin ad günüdü
Tez tort bişir, ay ana!
Üstünə yaz “Can nənə!”,
Çiyələk düz yanına.

 

Nənəm çox sevinəcək,
Tort verəcək mənə də.
Nənəmi çox sevirəm,
Ana, elə səni də.