Təbiət

Təbiətdə nadir rastlanan «Tutuquşu dimdiyi çiçəyi»

«Tutuquşu dimdiyi çiçəyi» Kanar adaları üçün endemik bitki növüdür. Elmi adı “Lotus berthelotii”, yəni “Lotus çiçəyi”dir. Lotus - paxlakimilər fəsiləsinə aid növlərin ümumi adıdır və tutuquşu dimdiyi çiçəyi də məhz bu cinsdəndir.


Vətəni yalnız İspaniyanın Kanar adalarıdır. Bitkinin dik dayana bilməyən budaqları yerdə sürünərək və ya bəzi əşyalara söykənərək (dırmaşaraq) böyüyür. Budağın uzunluğu 60-90 sm-ə çatır. İncə tüklərlə örtülü olan gümüşü yaşıl yarpaqlarının uzunluğu - 2 sm-dir. Çiçəkləri nisbətən böyük, uzunluğu 4 sm-ə qədərdir, ucları narıncı və ya sarıdır, formaca - tutuquşu dimdiyinə və ya xərçəng pəncəsinə bənzəyir. Çiçəkləmə yazın əvvəlində müşahidə olunur. Qırmızı, narıncı və qızılı sarı çeşidləri var. Çox isti olmayan yerlərdə (quru iqlimi, sərin gecələri olan yerlər) tutuquşu dimdiyi qışa qədər demək olar ki, davamlı çiçək açır. 


1884-cü ildən bəri "Tutuquşu dimdiyi" çiçəyi olduqca nadir rastlanır. Bir neçə nümunə istisna olmaqla, hətta vəhşi təbiətdə nəsli kəsilmiş hesab olunur.


Bəzi bioloqlar bu bitkinin tamamilə yox olduğunu iddia edirlər. Buna səbəb: çiçəyin tozlandırıcılarının, yəni tozlanmasına vasitəçi olan kolibri quşlarına çox bənzəyən kiçik nektar quşlarının məhv olmasıdır. Ancaq əslində çox məhdud bir ərazidə tək nümunələrə hələ də rast gəlmək mümkündür, belə ki nektar quşlarına hələ də Afrikanın genişliklərində rast gəlinir.


Qırmızı Kitaba düşmüş «Tutuquşu dimdiyi çiçəyi» elm adamları tərəfindən çox diqqətlə izlənilib qorunur və növlərin qorunması üçün çox səy göstərilir.


Vəhşi təbiətdə yox olmasına baxmayaraq, tutuquşu dimdiyi çiçəyi bütün dünyada bağbanlar və çiçəksevənlər arasında inanılmaz populyarlıq qazanıb. Bu gün bu gözəl çiçəklər yüz minlərlə çiçək çarpayısını və milyonlarla pəncərə sillələrini gözəlliyi ilə bəzəyir.


Tutuquşu dimdiyi çiçəyi çoxillik bitkidir.