Şeirlər

Rəfiqə Qasımqızı. Çiyələk

Görüb günəşi,
Güldü çiyələk.
Yanağında var,
Xalları tək-tək.

 

İsti günəşdən,
Qızarır üzü.
Baldan, şəkərdən,
Dadlıdır düzü.

 

Tərkibində var,
Neçə vitamin.
Sayı bilinməz,
Yetişər min-min.