Nağıllar, hekayələr

Valentina Oseyeva. Bu gün necə bir gündür?

Çəyirtkə təpənin üstünə sıçrayıb orada yaşıl kürəyini günəşdə qızdırdı və pəncələrini bir-birinə sürtüb xırıltı ilə dedi:


- Bu gün əla gündür!


- Xeyr! Bərbad gündür! - quru torpağın daha da dərinliyinə hərəkət edən soxulcan dedi.


- Nə dedin? Necə gündür? - çəyirtkə təkrar-təkrar soruşdu - Göydə bir dənə də olsun bulud yoxdur. Günəş də çox gözəl parlayır. Kimdən soruşsan “Bu gün gözəl bir günün olduğunu” söyləyəcəkdir.


- Xeyr! Yağışlı hava və palçıqlı isti gölməçələr.... Bax bu gözəl gündür!


Lakin çəyirtkə onunla razılaşmadı.


- Üçüncü birisindən soruşmalıyıq! - deyə onlar qərar verdilər.


Bu zaman kürəyində şam iynələri sürüyən qarışqa dincəlmək üçün yaxınlıqda dayanmışdı.


- Qarışqa qardaş, deyə bilərsən, bu gün necə bir gündür? - çəyirtkə qarışqaya üz tutub soruşdu - Bu gün gözəl, yoxsa bərbaddır?"


Qarışqa pəncəsi ilə tərini sildi və fikirli halda dedi:


Bu suala gün batdıqdan sonra cavab verəcəm.


Çəyirtkə və soxulcan təəccüblənərək razılaşdılar: - Yaxşı, gözləyərik!


Gün batandan sonra onlar böyük bir qarışqa yuvasının ətrafında dayanıb, qarışqanı səslədilər:


- Əziz qarışqa! İndi deyə bilərsən bu gün necə bir gündür?


Qarışqa yuvasında qazılmış dərin keçidləri, yığdığı şam iynələri yığınını onlara göstərib dedi:


- Bu gün gözəl bir gündür! Mən yaxşı iş görmüşəm və indi rahat istirahət edə bilərəm!