Şeirlər

Xanımana Əlibəyli. Qaz

Özünü çəkə - çəkə

Həyətdə nə gəzirsən?

Elə girirsən ləkə,

Güllərimi əzirsən.

Çəkmən də uzunboğaz…

Əcəb  qırmızı rəngdir.

 

 

 

 

Gəl gölə gedək, a qaz,

Gör ora nə qəşəngdir.

Sən gedirsən dümbədüz

Cərgəsində qazların.

Gölə çatdıq , atıl üz

Sularda narın – narın.