Şeirlər

Məmmədağa Sərdar. Nəvə çox şirin olur

Nəvəmin ad günüdür,

Elnurdur onun adı.

Hamı üçün əzizdir,

Gülüşü, zarafatı.

 

Nəvə çox şirin olur,

Çoxları bilir bunu.

Sözə baxmasa belə,

Heç kim danlamır onu.

 

Kim inanmırsa buna,

Tezliklə görsün nəvə.

Baxıb doyunca ona,

Oxşasın sevə-sevə.

 

 

 

Gəlib çatdın beş yaşa,

Boy-buxunun tamaşa,

Allah səni saxlasın!

Yaşa, Elnurum, yaşa!