Təbiət

Dəbilqəli Basilisk - İsa Məsih kərtənkələsi

Dəbilqəli Basilisk (Basiliscus plumifrons) və ya İsa Məsih kərtənkələsi - Mərkəzi və Cənubi Amerikada: Qvatemala, Nikaraqua, Kosta-Rika, Kolumbiya və Panamanın tropik meşələrində yaşayan ağac kərtənkələsidir. Olduqca böyük kərtənkələdir, xarici görünüşcə kiçik bir dinozavrı xatırladır. Əsasən çay sahilləri boyunca kolluqlarda yaşamağa üstünlük verir.

 

Dəbilqəli basilisk adını - parlaq yaşıl rənginə və başından başlayaraq quyruğunda bitən fərqli yelkənəbənzər formaya görə alıb. Erkək fərdlərin başındakı çıxıntı dişilərdən fərqli olaraq daha böyükdür.

 

Təbii mühitdə rəng parlaq yaşıldan zeytun rənginə qədər dəyişir. Göz və boyun ətrafı daha açıq rəngdədir. Uzunluğu 60-80 santimetrə çata bilər, yarıdan çoxu quyruğa düşür.

 

Basilisk ağacların və kolların budaqlarında gizlənərək, suyun yaxınlığında yaşayır. Onu tutmaq çətindir, çünki kərtənkələ çox yaxşı görmə qabiliyyətinə və qaçmaqda “ildırım sürətinə” malikdir. Təhlükəni görən kərtənkələ qaçmağa üstünlük verir. Suyun səthində və üstəlik, yerdə o, sürətlə (saatda 12 kilometrə qədər sürətlə) qaça bilər. Kərtənkələ arxa ayaqları ilə o qədər sürətlə hərəkət edir ki, kənardan “suyun səthində yeriyir” təəsüratı yaradır. Məhz bu özəlliyinə görə, dəbilqəli Basilisk kərtənkələsni həmçinin “İsa Məsih kərtənkələsi” də adlandırılır.

 

Əslində, batmazlığın sirri olduqca sadədir! Arxa ayaqların uzun barmaqları heyvanın ağırlığını daha geniş əraziyə paylayır, bundan əlavə, qaçış zamanı ayaq barmaqlarının üzərindəki pərdələr açılır, bu da qaçmağı asanlaşdırır. Eyni zamanda quyruğu ilə də tarazlayır. Bundan əlavə, basilisk pəncələri ilə o qədər tez hərəkət edir ki, sadəcə batmağa vaxtı yoxdur (sürət 1,5 m / s-ə çatır). Lakin bu hərəkət üsulu çox enerji tələb edir, ona görə də kərtənkələ yalnız 3-4 metr qaçmaq üçün kifayət qədər gücə malikdir, bundan sonra heç nə olmamış kimi suya qərq olur və üzməyə başlayır. Gənc fərdlərin çəkisi yaşlılardan daha az olduğundan, onların qaçış məsafəsi bir qədər uzundur - 10-20 metr təşkil edir.

 

Qida qasionunu əsasən kiçik gəmiricilər, kiçik qurbağalar, balıqlar, hətta giləmeyvə və meyvələr təşkil edir. Potensial şikarı görən kərtənkələ güclü bir atışla ona tərəf qaçır və dərhal yeyir.

 

Dəbilqəli Basilisin ömrü 7 ildən çox deyil.

 

Basilisk - ədəbi termindən çox elmi termindir. Orta əsrlər dövründə xoruz başlı, qurbağa bədənli və ilan quyruqlu fantastik məxluqun adıdır.