Nağıllar, hekayələr

Yalançı oğlan

Elşən yayda kəndə getmişdi. O, payızda evə qayıtdıqdan sonra dostları ilə görüşdü. Onlar Elşəndən kənddə gördükləri haqqında danışmağı xahiş etdilər.

 

Elşən böyük həvəslə danışmağa başladı:

 

- Mən kənddə çoxlu uşaqlarla tanış oldum. Biz birlikdə çimərlikdən balıq tutduq, təpədə xizək sürdük, qar adamı düzəltdik. Mən ot tayasının üstündə yatırdım. Səhər tezdən nənəmin qazlarının banlama səsinə oyanırdım. Kənddə çoxlu heyvanlar var idi.

 

Mən qoyunlara şirəli ot verirdim. Alabaş ot və kələm yeməyi, dovşanlar isə ətin sümüyünü gəmirməyi çox xoşlayırdılar. Oturub çayda qazların, toyuqların, cücələrin necə üzdüklərinə baxırdım. Bir dəfə mən yaman qorxdum. Alma ağacının altında uzanmışdım. Birdən başıma ağacdan böyük bir qarpız düşdü. O qədər güldüm ki, qarnım ağrıdı. Beləliklə, yay ötüb keçdi.

 

Dostları dedilər:

 

- Sən nə yalançı oğlansan!

 

- Birincisi çimərlikdən balıq .....

 

Dostların dediyi cümləni siz tamamlayın.