Şeirlər

Ələmdar Quluzadə. Paşanın pişiyi

Paşa ilə pişiyin
Dostluğu möhkəm idi.
Pişiyi asqıranda

Paşa da zökəm idi.


Bir-birinin yanından
əl çəkmirdi heç biri.
Səhərdən axşamacan
Burax biri, aç biri.


Bilirsiniz bir dəfə
Pişik durub neylədi?
Paşanın çəkməsini
Saqqız kimi çeynədi.


Paşa gördü çəkməni
Pişik pis günə salır,
Paşa bağçadan gəlib
Pişiyi hinə salır.