Şeirlər

Əyyub Türkay. Uğur və qağayılar

Uğur hələ uşaqdır,
“Q” hərfin deyə bilmir.
Nə qədər çalışsa da,
Sözləri heç düz gəlmir.

 


Baxır dəniz üstündə
Uçan qağayılara.
Deyir: -bacı, sən də bax
Göydə “ağayı”lara.

 


Bacısı çox desə də,
Bu quşlar qağayıdır
Uğur bildiyin deyir,
Yox, bunlar “ağayı”dır.