Şeirlər

Əyyub Türkay. Heyvanları sevirəm

Atamla anam mənə,
Dovşan, kirpi alıblar.
Görürəm mənim kimi,

Heyvansevər olublar.

 


Həyətdə, yaxşı yerdə,
Canlı guşə qurmuşam.
Heyvanları sevirəm,
Keşiyində durmuşam.

 


Onlar da öyrəşiblər,
Mənim nəvazişimə.
Bilirəm sevinirlər,
Bu mötəbər işimə.

 


Eşidin, səslənirəm,
Mehriban insanlara.
Çəkək qayğılarını,
Dost olaq heyvanlara.